Sosial Şəbəkələrdə bizi izləyin

Əsas təşkilatçı



Maliyyə dəstəyi




Xarici təcrübə

İlk dəfə Sosial Yeniliklər Düşərgəsi 2008-ci ildə Londonda Gənclər Fondunda keçrilmişdir. Bu mükafatı Enabled by Design qazanmışdı. Bu sayt qəza nəticəsində yaralanan, xəsarət alan insanlara öz həyatlarını nizama salmaq istəyənlər üçün nəzərdə tutulmuşdu.

Tədbirə təqdim edilmiş ideyalara, seçilmiş qaliblərə və tədbirdən videoroliki Sizə təqdim edirik:

Növbəti Sosial Yeniliklər Düşərgəsi də 8 ay sonra yenə də Londonda keçirildi:

Daha 6 ay sonra növbəti bu tipli düşərgə 2009-cu ilin iyununda Qlazqoda (Şotlandiya) keçirildi:

Regionumuzda ilk Sosial Yeniliklər Düşərgəsi bu ilin aprelinde Tbilisidə keçirilib:

Bu yaxınlarda Avstraliyada da Sosial Yeniliklər Düşərgəsi keçirildi, bu keçiddə bu düşərgəyə dəvət olunmuş ideyalar yerləşdirilib.

Bundan başqa Sosial Yeniliklər Düşərgəsi Koreyada və Slovakiyada da təşkil olunub.

Slovakiyada keçirilmiş Sosial Yeniliklər Düşərgəsi haqqında məlumat, seçilmiş ideyalar və video bu keçiddə yerləşdirilib.

Sosial Yeniliklər Düşərgəsi haqqında daha çox məlumat əldə etmək üçün Sosial Yeniliklər Düşərgəsinin saytına və Wikipediaya baxa bilərsiniz.

Azərbaycandan da bu düşərgələrdə iştirak edənlər olub, onların təəssüratlarını oxuya bilərsiniz:

Emin Hüseynzadə: 2 günün içində ideyanın layihəyə çevrilməsinin şahidi oldum. Təqdimat vaxtı başa düşdüm ki, bu ideyaların dəyəri milyonlarla dollardır, sadəcə olaraq komanda işi tələb olunur ki, bu milyonları qazanasan.

Esmira Məmmədova: Sosial Yeniliklər Düşərgəsi real işləri birgə həyata keçirmək üçün əla yerdir : 48 saat, 6 layihə, 40 insan. Hər kəs cəlb olunur, nəzərə alınır və birinci yer uğrunda sözün əsl mənasında mübarizə aparır.

Ülviyyə Quliyeva:
Tbilisidə keçirilən Sosial Yeniliklər Düşərgəsi mənim həyatımda əhəmiyyətli yer tutdu. Bu düşərgədə müxtəlif insanlarla qruplar şəklində birgə layihəni planlı şəkildə həyata keçirməyi öyrəndim. Bundan həvəsə gələrək bu il Azərbaycanda keçiriləcək Sosial Yeniliklər Düşərgəsinsə öz layihəmi təqdim edəcəm.

Vüsalə Əlibəyli:
"Elə bil, sənə sehirli bir qutu verirlər və onun içindən arzuladığın və ya ehtiyacın olan bir şey çıxır... Əslində, bu “qutu”nu (bu halda, Sosial Yeniliklər Düşərgəsini) sehirli edən nə mən, nə mənim “dərd”im, nə də ki, bizə verilən meydan idi. Bu qutunun sehri BİZ idik. Məhz komanda işi həmin qutudan arzuladığımızı çıxarmağa səbəb oldu... "

Aynur Zerrintac: Tbilisidə keçirilən Sosial Yeniliklər Düşərgəsində 3 Qafqaz ölkəsindən olan iştirakçıların bir arada komanda şəklində  layihələr ətrafında işləməsini çox bəyəndim. Mən  "Give me info" layihesi olan komandanın tərkibində idim. Bu layihənin Azerbaycanda işləyə bilərsə, nələr olacağını fikirləşəndə qərara gəlirsən ki, bu layihə vasitəsilə vətəndaşların probleminə köməkçi olmaq mümkündür.

Fərahim Əlilinin Tbilisidə keçirilmiş Sosial Yeniliklər Düşərgəsi barədə müsahibəsi: