Sosial Şəbəkələrdə bizi izləyin

Əsas təşkilatçı



Maliyyə dəstəyi




İdeyalara verilən tələblər

İdeyalar üçün şərti olaraq aşağıdakı tələbləri müəyyən etmişik:

Həll etmək istədiyiniz sosial problemi müəyyən edin

Sizin ideyanız xüsusi bir problemin həlli və ya hər hansı bir sahədə konkret ehtiyacın qarşılanması ola bilər. Siz bunu şəxsi təcrübəniz və ya Sizi maraqlandıran bir hadisə əsasında formalaşdıra bilərsiniz. Təklif etdiyiniz ideya hər hansı sosial problemin həllinə yeni baxış və ya model təklif edə bilər. İdeyalar ən əsası - konkret sosial problemin, çətinliyin, vacib məsələnin həllinə kömək etməli, dəyişikliyi və ya daha yaxşı işıqlandırılmasını təmin etməli, cəmiyyətin xeyrinə olmalıdır.

İnternet imkanlı insan gücü

Sizin ideyanızda internet əsaslı alətlər əhəmiyyətli rol oynamalıdır. Biz texnologiyaları yeni yollarla istifadə edən və istifadəçiləri mərkəzi planda saxlayan ideyalar axtarırıq. Alətlər gözəllik, mürəkkəblik və möhtəşəmlik üçün deyil, adi insanlar tərəfindən istifadə oluna bilmək üçün hazırlanmalıdır. Biz istəyirik ki, bu texnologiyaların xeyri getdikcə öz auditoriyasını genişləndirsin, bununla bərabər az xərc tələb edən, sadə, effektiv və istifadəsi asan olmalıdır. Əgər Siz ideyanız üçün data toplamaq istəyirsinizsə (məsələn, sorğu keçirmək yolu ilə), onda həmin vasitənin istifadə üçün necə başa gəlməsini də nəzərdən keçirin.

İdeyalar mobil telefonların istifadəsinə də əsaslana bilər. Məsələn, mobil telefon + kompüter = ideya

Orijinal olun!

Bu ideyanın Sizdən daha əvvəl sınanıb-sınanmadığını yoxlayın və əsla təkrarçı ideya verməyin.

Reallıq və potensial

Biz ideyanın başlanmasının nə dərəcədə real olduğunu, eləcə də bu ideyanın gələcəkdə daha böyük miqyasa tətbiqi imkanlarını da nəzərə alacayıq. Bu zaman layihənin davamlılığı əsas şərtdir. Mövcud gəlir məqsədi güdməyən təşkilatlara və dövlət orqanlarına kömək etmək istəyən, öz hüquqları çərçivəsində xeyriyyə, öz hüquqları çərçivəsində xeyriyyə, ictimati maraqlana xidmət edən, lakin bunlardan heç birinə çevrilməyən ideyalar da göndərilə bilər. Layihəniz boş vaxtlarınızda da idarə edilə bilən olmalıdır. Biz əmin olmaq istəyirik ki, biz Sizin də tələblərinizə cavab veririk, ona görə əmin olun ki, Sosial Yeniliklər Düşərgəsi əsl Sizin ideyanız üçün uyğun yerdir yoxsa yox. Müşahidələr göstərir ki, müvəffəqiyyət qazanan ideyalar adətən çox da böyük olmurlar və Sizdən Sosial Yeniliklər Düşərgəsində 48 saat ərzində reallaşdırıla bilməyən əzəmətli bir ideya gözləmək də düzgün olmazdı.

İnkişaf mərhələsi

Biz ilkin inkişaf mərhələsində olan ideyalar axtarışındayıq. Əgər artıq komandanız və iş görmək üçün maliyyəniz varsa, onda düşərgəmizə müraciət etməyə dəyməz. Əslində, biz Sizin ideyanızı irəli çəkməyə yardım etmək istəyirik. Biz hətta düşərgədən sonra da həmin ideyanı ayağa qaldırmaq üçün vaxtını sərf edəcək insanlar axtarırıq.

Kimi axtarırıq?

Hər kəsi! Məsələn, Siz proqram kodlaşdırmasını bilməyə də bilərsiniz, biz belə insanlarla Sizi tanış edəcəyik. Siz gündəlik işinizlə bağlı ideya irəli sürməyə də məcbur deyilsiniz, lakin bunu edə də bilərsiniz.


Aydın təsəvvür yaranmaq üçün nümunələrə də baxa bilərsiniz.

Aşağıda əvvəlki Sosial Yeniliklər Düşərgələrindən olan bir neçə ideya yer alıb: 

a)     Mənim Polisim (MyPolice). Polis orqanları ilə vətəndaşlar arasında əlaqə yaratmaq üçün internet layihə. Vətəndaşlarla əks əlaqə, təşəkkürlərini çatdırmaq və ya öz təəssüratlarını paylaşmaq üçün yaradılan veb-saytdır. Qrupun çox çalışması onları Şotlandiya da keçirilən birinci SYD-nin qalibi etdi. SYD-nə təqdim olunmuş ideyanı burada oxuya və ya layihənin veb-səhifəsini ziyarət edə bilərsiniz.

b)     Faydalı Ziyarətçilər (Useful Visitors). Biznes səyahətçilərini və tətil edənləri birləşdirən bir xidmətdir. Biznes səyahətçiləri və tətil üçün xariçi ölkəyə səfər edənlər köməkləşərək bir-birilərinə müxtəlif məsləhətlər verirlər. Orjinal qeydlərin detallarını buradan buradan tapa bilərsiniz.

c)      Məhbusuna Qiymət ver (Rate Your Prison). Məqsədi məhbus ailələrinin məhkəmə sistemində olan təcrübələrindən başqalarının da istifadə etməsinə şərait yaratmaqdır. Visiting Prisons qrupunun orjinal qeydləri ilə burada tanış ola bilərsiniz.

Bunlardan başqa saytımızın Xarici təcrübə bölməsində indiyə qədər keçirilmiş düşərgələrə təqdim olunmuş ideyalarla da tanış ola bilərsiniz.