Düşərgəyə 70-dən çox ideya göndərilib, bizə göndərilmiş açıq (ərizə formasında, düşərgəyə kimi hamının tərəfindən görünməsi təsdiqlənmiş) ideyalar içindən bəzilərini təqdim edirik. Əgər Sizin ideyanızın aşağıda yazılışında hansısa səhvlər olarsa, rashad@mehbaliyev.az mailinə bu barədə yazmaqdan çəkinməyin. Avqustun 20-nə qədər göndərilmiş açıq ideyalardan bəziləri: Adı: Əhaliyə dəstək Təsviri: İdeyam çox bəsit və rahat reallaşandır. İdeyanın yaranmasında əsas səbəb davamlı olaraq facebook ve digər sosial portallarda yaranan elanlardır. Bu elanlar əsasən hər hansı bir şəxsin tibbi əməliyyatına lazım olan pul, qan qruplarının axtarışı, imkansız şəxslərə yardım barəsində olur. Zənnimcə, xüsusi bir web-portal açmaqla bu şəxslərə böyük yardm göstərmiş olarıq. Portalda həm də milli xəstəxanaların bazasında olan lazımi qan qrupları, palatalar və sair yer almış olmalıdır.
Adı: Milli Byte İTM Lineage Azerbaijan Təsviri: Mən bir neçə dostumla birlikdə Azərbaycanda bu vaxta kimi mövcud olmamış bir şirkət yaratmaq istəyirik. Bu şirkət yeni kompüter software (proqram və oyunlar) yaradılması və mövcud olan xarici oyun və proqramların Azərbaycan dilinə tərcümə edilməsinə xidmət edəcək. İlk işimiz isə dünyada məşhur olan online RPG oyun - Lineage 2-nin Azərbaycanda azərbaycan dilində serverinin yaradılmasıdır. Hələlik prioritet kimi təkcə serverin üzərində işləyirik. Məncə əlimizdə vəsait, avadanlıq və sponsor olarsa böyük bir nəticə əldə edə bilərik. Çünki bu sahədəki istifadəçilər 99% Rusiya və digər ölkələrdə istehsal olunmuş vasitələrdən istifadə edir və buna tələb böyükdür.
Adı: Mən çanağımı bəyənmirəm Təsviri: "Tısbağa çanağından çıxdı, çanağını bəyənmədi" - alışılmış mənfi davranışlara əks reaksiya verəndə, ən çox eşidilən məsəllərdən biridir. Alışılmış mənfi davranışları dəyişməyə çağıran bir sayt olacaq - tisbaga.com. Hər ay bir mövzu (mənfi vərdişlərdə biri) üzərində işlənəcək. Həmin mövzuya aid bir blog postu, təsirli şüarlar və mümkün qrafik işlər (şəkil, video və s.) hazırlanacaq. Bütün sosial şəbəkələrdə yayılacaq. Mümkün qədər kreativ üsullar istifadə olunacaq. 1 ay ərzində hərkəs o mövzunu danışacaq, müzakirə edəcək. Unudulmağa başlayanda, yeni mövzu ortaya atılacaq. Layihənin davamlılığı çətin olmayacaq. Mənfi vərdişlər kifayət qədər çoxdu və hər ay birinə toxunulsa - xeyli material var. Bu layihə sosial şəbəkələrdəki aktiv istifadəçilərlə özünə güc tapacaq. Əsas missiya, istifadəçilərin paylaşmaq istədikləri materialı hazırlayıb onlara təhvil verməkdir.
Adı: 103 (və ya tibbi məsləhət) Təsviri: Sayt yaradılacaq. Sayt xəstəliklərdən əziyyət çəkənlər üçün nəzərdə tutulur.İstifadəçilər işlətdikləri dərman vasitələrinin nə dərəcədə xeyirli və ya zərərli olduğunu şərh edəcəklər. Bəziləri bildikləri xalq təbabəti müalicələrini elan edəcək.
Adı: Online bazar qiymətləri Təsviri: İnsanlar evlərində əziyyət çəkmədən bazar qiymətlərini internetdən öyrənə biləcəklər. Bu da regiondan gələn tələbələrin, evdar qadınlarin rahatlığını təmin edir ve bazarlardakı basabasların azaldılmasına kömək edəcək. Qiymətlərin daim dəyişdiyini nəzərə alaraq layihənin uzunmüddətli olacağını düşünürəm.
Adı: Baloniya islahatlarının tamamlanması Təsviri: Layihə tələbələr üçündür. Azərbaycan təhsil sistemində olan qanunlara əsasən tələbə öz müəllimini secmək hüququ var. Amma Qanunun bu hissəsində boşluq var. Belə ki, tələbə sessiyanı bitirəndən sonra öz müəllimi haqqında heç bir tövsiyə (recommendation) yazmır ki, gələn ilki tələbələr bu recommendation məktublara əsasən öz müəllimlərini seçsinlər. Bu layihə isə hər tələbənin öz müəllimləri haqqında tövsiyələri buraya yazmaq imkanı verəcək. Tək tövsiyələri deyil, həmçinin şərhləri, sessiya dövründən müəllimlə bağlı qarşılaşdıqları hansısa faktları (həm müsbət, həmdə mənfi mənada) da yaza biləcəklər. Sistemdəki məlumatların əksəriyyəti hər bir istifadəçiyə açıq olacaq. Amma hər bir tövsiyə, şərh üçün qeydiyyat tələb olunacaq. Qeydiyyatda universitet, oxuduğu fakültə, ixtisas və s. göstəriləcəkdir. Müəllimlər də buradan istifadə edə biləçəklər. Saytda həmçinin tələbə hüqüqları, problemləri, elanlar və s. olacaqdır.
Adı: Həll edək (Let`s solve) Təsviri: İdeya ibtidai sinif şagirdindən tutmuş təqaüdə çıxmış yaşlı insan da daxil olmaqla hamıya töhvə verəcəkdir. İdeyanın işləməsi üçün həm passiv, həm də aktiv tərəflər olacaq. Hər iki tərəfin olması ideyanı hərəkətə gətirəcək. İdeya istənilən insana istənilən sahədə kömək üzrə qurulur. Məsələn, 6-cı sinif uşağı ax²-bx-c=0 misalını həll edə bilmirsə (valideyninin də bu sahədə biliyi yoxdursa, valideyn bunu saytda yerləşdirir) və həll etmək üçün yol axtarırsa, bunu internet üzərindən saytda yerləşdirir. Həmin vaxt saytda olan və həmin uşağa kömək edə biləcək şəxs misalın həlli yolunu göstərir, başa salır. Saytda bildirilir: Həmin insana kömək edə biləcək şəxslər də lazımı köməyi göstərir və ya birinin sualı varsa, istənilən mövzuda və ya birinə kitab, referat və s. material lazımdır. Ola bilər ki, birinə inşa lazımdır və müraciət edə bilər. Yəni istənilən müraciətə bacardıqca qarşılıq veriləcək. Davamlılığı uzunmüddətli olacaq, hətta inanıram ki, facebook və ya google kimi böyük saytlara çevriləcək.
Adı: Böyük addım Təsviri: Abituriyentlərin gələcək tədris yerini, peşənin seçimində tələbələrin təcrübəsi onlara köməyi, repetitorlardan məlumat. İxtisas seçimi mühüm olduğundan abituriyentlər tərəfindən böyük marağa səbəb olur. Ona görə də davamlılıq olacaq. Bu həm də reklamdan və bloqçuların düzgün məlumat verməsindən asılıdı. Həm də statistikanın (sorğu vasitəsilə) aparılması seçim etməyə kömək edəcək. Sonra repetitorlardan da məlumat vermək olar. Həm də video kadrlar |

