Sosial Yeniliklər Düşərgəsi yeni yolla - ideyalar və rəqəmsal alətləri 48 saat ərzində bir araya gətirməklə, sosial problemlərin həllinə yönəlmiş internet əsaslı yeniliklərin yaradılması məqsədi ilə təşkil edilir. Bu düşərgə sahibkarları, proqramçıları, veb-developerləri, koderləri, dizaynerləri, bloqçuları, marketoloqları və internet məkanında bütün növ ideya sahiblərini bir araya gətirir.
Düşərgənin ilk günündə iştirakçılar arasında qısa tanışlıq olur, sonra isə seçilmiş ideyalar iştirakçılara təqdim olunur, iştirakçılar xoşladıqları ideyanı seçirlər və qrup şəklində işləməyə başlayırlar. Düşərgənin ikinci günündə isə ideyalları reallaşdırma prosesi bitdikdən sonra iştirakçılar hamısı konfrans zalına gəlir və qruplar bir-bir öz yaratdıqları ideyaları nümayiş etdirirlər. Sonda isə ekspertlər tərəfindən qalib təyin olunur. Qalib gəlmiş ideyaya mükafat olaraq pul köməkliyi göstərilir və ideya həyata keçrilir. İştirakçılar burada qrup şəklində işləməyi, yeni ideyalar verməyi, internet sistemindən və rəqəmsal alətlərdən istifadəni daha da mükəməlləşdirəcəklər. Niyə məhz Sosial Yeniliklər Düşərgəsi?
Müasir
dünyada biz insanların ehtiyacını və problemlərini nəzərə almaqla
onların tələbatına cavab verəcək texnologiyalar yarada bilərik. Sosial
Yeniliklər Düşərgəsi bu texnologiyaların formalaşdırılması məqsədi ilə
rəqəmsal dünyada yeniliklərin internet üzərində tətbiq olunması ilə
problemlərin həllinə yönəlmiş bir təcrübədir. Bu düşərgədə hansısa
sosial problemlərə qarşı
olan insanlar şəbəkə şəklində birləşib, rəqəmsal alətlərin köməyi ilə,
problemə yeni həll yolu axtarırılar. Yeniliklərin rəqəmsal alətlər
vasitəsilə həyata keçirilməsinin əsas səbəbi bu vasitələrin nəticəyə
çatma prosesini asanlaşdırmasıdır. Burada insanlar konkret nəticə
üçün çalışırlar və bütün bunlar cəmisi 48 saat içində baş verir.
Düşərgənin ictimai rolu ondan ibarətdir ki, problemlərin həlli dövlət
və digər qurumların üzərindən sadə əhali üzərinə yönəlir və
problemlərin həlli prosesinə insanlar öz töhfələrini vermiş olurlar.
Belə olan halda internet yeni xüsusiyyətlərə malik olmaqla bəzi
problemlərin həllinə daha effektiv töhfə verəcək. Bratislavada və Tbilisidə keçirilən analoji tədbirlərdən sonra bu ideyanı Azərbaycanda da həyata keçirmək qərarını verdik. Tədbirdə 2 formada iştirak mümkündür: 1. İdeya sahibləri. Bu insanların hər hansı bir sosial problemin həlli üçün internetdə reallaşdırılacaq hazır ideyaları var, amma bunun üçün şəxsi imkanları məhduddur. Bu kateqoriyadan olan insanlar İdeya göndərin bölməsində öz ideyalarını mütəxəssislərə təqdim edə bilərlər. 2. Mövcud ideyaları reallaşdırmağa kömək edən iştirakçılar. Bu insanlar proqramçılar, veb-developerlər, koderlər, dizaynerlər, bloqçular, marketoloqlar və bu sahələrlə əlaqəli hər kəs ola bilər və bu tədbirdə onlara ən azı ideya sahibləri qədər ehtiyac duyulur. Sadəcə iştirakçı kimi qeydiyyatdan keçmək üçün İştirak üçün müraciət edin səhifəsindəki formanı doldurub göndərmək tələb olunur. Hər 2 formada qatılmaq üçün müraciətlərin göndərilməsinin vaxtı artıq bitmişdir (son gün 1 sentyabr saat 23:59 idi). Sosial Yeniliklər Düşərgəsinə təqdim edilə biləcək ideyalar haqqında İdeyalara verilən tələblər bölməsində, bu tədbir üçün təqdim olunmuş bəzi açıq ideya layihələri İdeyalar bölməsində yer alıb. Bu növ düşərgə daha əvvəl də xarici ölkələrdə keçirildiyi üçün Xarici təcrübə də təqdim olunub. Yenə də maraqlıdır ki, bütün bunlar necə baş verir? Bu suala cavab üçün Bu necə baş verir? bölməsi də yaratmışıq. Sosial Yeniliklər Düşərgəsinin unikallığını nəzərə alaraq Tez-tez verilən suallara cavab da yazmışıq. Saytımızdakı Elanlar bölməsinə tez-tez baş çəkməyi, Facebook qrupumuza qoşulmağı və yeniliklərimizi Twitter hesabımızdan izləməyi unutmayın. Youtube kanalımızdakı videolar da Sizə yardımçı ola bilər. Sualınız yarandığı təqdirdə bizimlə əlaqə saxlamaqdan çəkinməyin. Sosial Yeniliklər Düşərgəsinin qısa tarixçəsini bu keçiddən oxuya bilərsiz. Bu təqdimat Sizə Sosial Yeniliklər Düşərgəsi haqqında qısa məlumat verəcək:
|

