Nəhayət ki, Azərbaycanda ilk Sosial Yeniliklər Düşərgəsi baş tutdu. Düşərgə 18-19 sentyabrda Novxanıda AF Hotel-də keçirildi. Düşərgənin ilk günündə iştirakçılar arasında qısa tanışlıq oldu, sonra isə seçilmiş ideyalar iştirakçılara təqdim olundu. İştirakçılar da öz növbələrində xoşladıqları ideyanı seçdilər və qrup şəklində işlədilər. Düşərgənin ikinci günündə isə ideyalları reallaşdırma prosesi bitdikdən sonra iştirakçılar hamısı konfrans zalına gəldilər və qruplar şəklində bir-bir öz yaratdıqları ideyaları nümayiş etdirdilər. Layihələrin qiymətləndirilməsi müxtəlif ölkələrdən (Azərbaycan, Böyük Britaniya, İsrail, Çexiya, Qırğızıstan və s.) olan münsiflər heyəti tərəfindən aparıldı, Yollar.info (Bakının nəqliyyat xəritəsi, avtobus marşrutlarının internet vasitəsilə yoxlanması) və Temizsaxlayaq.com (Ətraf mühitin təmiz saxlanılmasi ilə bağlı ideya) layihələri qalib gəldi. Xatırladaq ki, Sosial Yeniliklər Düşərgəsi internet və mobil telefoniya sahəsində təcrübəsi olanların - ideya sahibləri və bu ideyalara dəstək olanların - iştirakı ilə əhalinin sosial tələbatlarının internet üzərindən həyata keçirilməsi məqsədi ilə hazırlanmış yeni internet əsaslı layihələrin müsabiqəsidir və mərkəzi Praqada yerləşən "Transitions” təşkilatı tərəfindən təşkil olunmuşdu. Tədbir zamanı çəkilmiş fotolar: ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |










