Nəhayət ki, seçilmiş ideyalar məlum oldu. Düşərgədə aşağıdakı 6 ideyanın iştirakı münsiflər tərəfindən tövsiyə olunmuşdur. Bu da onlar: Bakıda nəqliyyatla bağlı bir-birinə bənzər ideyaların sahiblərinin hamısı (Baku map və ya Azerbaijan map, Google Earth, Nəqliyyat (transport), Bələdçi, Online Nəqliyyat) İdeyaların ümumi təsviri: Bakıda yerləşən binaların və obyektlərin onlayn versiyasını hazırlamaq, nəqliyyatın işləmə sxemini və s. yerləşdirmək, istifadəçilərə bunlar barədə fikir paylaşımı imkanını yaratmaq
Eyni ixtisaslı tələbələrin şəbəkəsi Təsviri: Eyni ixtisasda, lakin müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında bilik-informasiya mübadiləsinə şərait yaradacaq. Şəbəkədə yalnız tələbələr və magistrlər iştirak edəcəklər. Universitetlər üzrə nümayəndələr də ola bilər. Saytda müxtəlif universitetlər, onların fakültələri, fakültədaxili ixtisaslar, ixtisasa müvafiq kurslarda təhsil alan tələbələrin (qeydiyyata düşənlərin) adları qeyd olunacaq. Bu şəbəkə vasitəsi ilə hər hansı ixtisasda təhsil alan tələbə digər universitetdə eyni ixtisas ve kursda təhsil alan tələbələr ilə elaqə saxlaya biləcək, müəyyən məlumatlar ala bilecek, fayl (kitab və s.) göndərə və ala biləcək.
103 və ya Tibbi məsləhət Təsviri: Sayt xəstəliklərdən əziyyət çəkənlər üçün nəzərdə tutulur. İstifadəçilər işlətdikləri dərman vasitələrinin nə dərəcədə xeyirli və ya zərərli olduğunu şərh edəcəklər. Bəziləri bildikləri xalq təbabətini qeyd edəcək.
Ətraf mühitimizi qoruyaq Təsviri: Bakının ətraf mühitin ən çirkin yerlərin araşdırılması və bu böyük sosial problemi həll etmək. İlk öncə Bakıda ən natəmiz sahələri internet vasitəsi ilə insanların köməyi ile bunları araşdırıb o ərazidəki insanlar, bələdiyyə və öz heyyətimizlə bərabər birlikdə bu problemi çözək və bu layihəni zəncirvari şəkildə qısa bir müddətdə bütün paytaxtımızı əhatə edək.
Boloniya islahatlarının tamamlanması Təsviri: Layihə Tələbələr üçündür. Azərbaycan təhsil sistemində olan qanunvericiliyə əsasən tələbənin öz müəllimini secmək hüququ var. Amma qanunvericiliyin bu hissəsində boşluq var. Belə ki, tələbə sessiyanı bitirəndən sonra öz müəllimi haqqında heç bir tövsiyə (recommendation) yazmır ki, özündən sonra gələn tələbələr bu tövsiyə (recommendation) əsasında öz müəllimlərini seçsinlər. Bu saytda hər tələbə öz müəllimləri haqqında tövsiyələri, həmçinin şərhləri, sessiya dövründən müəllimlə bağlı qarşılaşdıqları hansısa faktları (həm müsbət, həmdə mənfi mənada) yaza biləcəklər. Sistemdəki məlumatların əksəriyyəti hər bir istifadəçiyə açıq olacaq. Amma hər bir tövsiyə, şərh üçün qeydiyyat tələb olunacaq. Qeydiyyatda universitet, oxuduğu fakültə, ixtisas və s. göstəriləcəkdir. Müəllimlər də buradan istifadə edə biləçəklər. Saytda həmçinin tələbə hüqüqları, problemləri, elanlar və s. olacaqdır.
Gələcəyimizi qoruyaq Təsviri: Bu gün köməyə ehtiyacı olan valideynləri tərəfindən tərk edilmiş və ya sadəcə olaraq valideynlərindən məhrum olmuş uşaqlar kifayət qədərdir və onlar uşaq evlərində və internat məktəblərində yerləşdirilir. Onlar arasında əlillər də vardır və bizim hər birimizin borcu bu uşaqlara kömək etməkdir, onları cəmiyyətimizə göstərməkdir. Sayt ana səhifə, təkliflər və şikayətlər, elanlar bölməsindən ibarət olacaq. Baş səhifədə əsasən iki hissə olacaq : uşaq evləri və internat məktəbləri. Baş səhifədə Bizimlə paylaş bölməsinə daxil olmaqla insanlar şahidi olduqları hadisələr haqqında (uşaq alveri, uşaqların zorla diləndirilməsi,qaçırılması, itkin düşmüş və ya valideynlərini hansısa bədbəxt hadisə nəticəsində itirmiş uşaqlar) yazacaqlar. Təkliflər və şikayətlər bölməsində saytla və ya hansısa bir hadisə ilə bağlı fikir bildirə bilərlər. Elanlarda isə uşaqlar evinə ziyarət barədə elanlar yerləşdiriləcək. |

