Proses belə baş verir: 1. İdeya Fikirləşin! Vacib bir şeyi dəyişmək potensialı olan
veb-əsaslı bir alət üçün ideya fikirləşin! İlkin fikrinizin yaranması üçün İdeyalara verilən tələblər səhifəsində yerləşdirdiyimiz bilgidən istifadə edə bilərsiniz. Bizim ideya
kriteriyalarına cavab verməyiniz tələb olunur. Sizin ideyanızın xüsusi bir sosial ehtiyaca ünvanlanmasına ehtiyac duyulur,
texnologiyanız məntiqə əsaslı və yaradıcı olmalıdır. Siz fərqli bir
şey etməlisiniz! 2. İdeyanız haqqında bizə danışın! İdeyanızı saytımızın İdeya göndərin səhifəsində qeydiyyatdan keçirin.
Orada ideyanızın nə olduğunu izah etmək üçün suallar verilir. İdeyanız “məxfi” ola
bilər, biz bu zaman Sizin ideyanızı heç kimlə paylaşmayacayıq. Əgər ideyanızı “açıq”
etsəniz, biz ideyanızı Sizin və başqalarının saytımızda baxması üçün hamıya açıq edəcəyik. 3. İdeyalarınızı Sosial Yeniliklər Düşərgəsinin hakimlərinə sevdirin! İdeyalar bizə göndəriləndən sonra,
hakimlər sosial dəyişiklik yaratmağa böyük potensialı olan və göndərilən bütün ideyalardan daha çox xeyir verəcək ideyanı seçirlər.
Bundan sonra seçilmiş ideyalar düşərgədə inkişaf etdiriləcək. 4. Qoşulun! Əgər Sizin ideyanız seçilməyibsə və ya
heç bir ideyanız yoxdursa, amma sosial inkişafa aparan yenilik üçün çalışmağa həvəslisinizsə,
Siz də qoşulun. Biz məhz Sizi axtarırıq. Çünki faktiki olaraq, Siz vacibsiniz. Bizim
geniş insan kütləsinin yardımına ehtiyacımız var: proqram tərtibatçılarından tutmuş
biznes ekspertlərinə, dizaynerlərdən tutmuş marketoloqlara, internet vəkillərindən
tutmuş bloqçulara kimi müsbət yeniliyə can atan hər kəsə ehtiyac var ki,
kömək etsinlər və seçilmiş ideyalardan ən yaxşısı həyata keçirilsin. Siz İştirak üçün müraciət edin səhifəsində bizə nə ilə maraqlarınızı və
bacarıqlarınızı deməlisiz (video hazırlayan, məqalə yazan, proqramçı, sosial
yenilikçi, təşəbbüskar və s.) ki, biz Sizə düşərgədən daha çox şey əldə etməyə
kömək edək. 5. Düşərgə! Sosial Yeniliklər Düşərgəsi açıq məkan
görüşüdür. Bizim istəyimiz ekspertlər tərəfindən seçilmiş ideyaların Sizlər tərəfindən
Sizin istədiyiniz formada gerçəkləşdirilməsi və bu veb-əsaslı alətin 48 saatdan
da az bir müddətə yaradılmasıdır. Siz seçilmiş ideyalar ətrafında komanda şəklində
birləşirsiniz, amma Sizdən qrup içində, heç vaxt qarşılaşmadığınız insanlar
arasında işgüzar olmağınız tələb olunur. 6. Danışın və ən yaxşı komanda olduğunuzu göstərin! Ümid edirik ki, Siz düşərgədə bizim
qrupun bir üzvü olacaqsınız. Tədbir, Sizin iki gün ərzində üzərində işlədiyiniz
layihələrin təqdimatı ilə bitəcək. Təqdimatdan
sonra sosial dəyişiklik yaratmağa ən çox potensialı olan layihənin komandasına pul mükafatı təqdim ediləcək. 7. İşə başlayın! Sosial Yeniliklər Düşərgəsi yeni layihələrə başlamaq üçün əlaqələr yaratmaqdan ibarətdir. Ümid edirik ki, Sizin ideayalarınız bu düşərgə ilə bitməyəcək. Sosial Yeniliklər Düşərgəsi Sizin düşərgədə yaratdığınızı həyata keçirməyinizlə kifayətlənmək niyyətində deyil. Niyətimiz yeni ideyaları həyata keçirmək üçün ətrafınızda həmişə kömək ala biləcəyiniz və kök edəcəyiniz şəbəkə yaratmaqdır. |

