Bu il sentyabrın 18-19-da Bakı şəhəri, Novxanı qəsəbəsində (dənizkənarı) yerləşən AF Hotel-də Sosial Yeniliklər Düşərgəsi keçirildi!
Münsiflər heyətinin seçdiyi qalib ideya: Yollar.info - Bakının nəqliyyat xəritəsinin və avtobusların intervallarını göstərən saytının yaradılmasıdır. Bu qrupu təbrik edirik! Dİgər mükafat alan ideya: Ətrafımızı qoruyaq biz.
|
posted Sep 21, 2010, 12:42 PM by Sosial Yeniliklər Düşərgəsi
[
updated May 3, 2011, 2:52 PM
]
Nəhayət ki, Azərbaycanda ilk Sosial Yeniliklər Düşərgəsi baş tutdu. Düşərgə 18-19 sentyabrda Novxanıda AF Hotel-də keçirildi.Düşərgənin ilk günündə iştirakçılar arasında qısa tanışlıq oldu, sonra isə seçilmiş ideyalar iştirakçılara təqdim olundu. İştirakçılar da öz növbələrində xoşladıqları ideyanı seçdilər və qrup şəklində işlədilər.Düşərgənin ikinci günündə isə ideyalları reallaşdırma prosesi bitdikdən sonra iştirakçılar hamısı konfrans zalına gəldilər və qruplar şəklində bir-bir öz yaratdıqları ideyaları nümayiş etdirdilər. Layihələrin qiymətləndirilməsi müxtəlif ölkələrdən (Azərbaycan, Böyük Britaniya, İsrail, Çexiya, Qırğızıstan və s.) olan münsiflər heyəti tərəfindən aparıldı, Yollar.info (Bakının nəqliyyat xəritəsi, avtobus marşrutlarının internet vasitəsilə yoxlanması) və Temizsaxlayaq.com (Ətraf mühitin təmiz saxlanılmasi ilə bağlı ideya) layihələri qalib gəldi.Xatırladaq ki, Sosial Yeniliklər Düşərgəsi internet və mobil telefoniya sahəsində təcrübəsi olanların - ideya sahibləri və bu ideyalara dəstək olanların - iştirakı ilə əhalinin sosial tələbatlarının internet üzərindən həyata keçirilməsi məqsədi ilə hazırlanmış yeni internet əsaslı layihələrin müsabiqəsidir və mərkəzi Praqada yerləşən "Transitions” təşkilatı tərəfindən təşkil olunmuşdu.Tədbir zamanı çəkilmiş fotolar: |
posted Sep 14, 2010, 10:28 AM by Sosial Yeniliklər Düşərgəsi
[
updated Sep 16, 2010, 5:34 AM
]
Vahid Qasımov - "Sahil İT" MMC şirkətinin rəhbəri, İT sahəsində təlimçi, bir sıra məşhur onlayn layihənin yaradıcısı;Tony Bouden - britaniyalı ekspert, Mysociety.org təşkilatının işçisi,
müxtəlif onlayn sosial layihələrin təbliğatçısı, internetdə yeni
layihələr üzrə məsləhətçi və təlimçi;Aleksey Levonçik - Mərkəzi və Şərqi Avropada onlayn layihələrin müəllifi, yeni media üzrə təlimçi;David Birman - israilli marketinq mütəxəssisi və universitet müəllimi, e-marketinq üzrə yeni təlim kurikkulumunun müəllifi;Jana Terzimehic-Petrlikova - çoxillik maliyyə idarəetmə təcrübəsinə malik çexiyalı mütəxəssis; Beishen Dairbekov - Mərkəzi Asiyada yeni medianın inkişafı ilə
fəal məşğul olan mütəxəssis, Qırğızıstanda internet layihələrin
təbliğatçısı; Elza Ketsbaia - çoxillik təcrübəyə malik jurnalist, yeni media ilə bağlı müxtəlif forum və
seminarlarının təşkilatçısı, təlimçi. |
posted Sep 13, 2010, 3:18 AM by Sosial Yeniliklər Düşərgəsi
[
updated Oct 22, 2010, 4:48 PM
]
Nəhayət ki, seçilmiş ideyalar məlum oldu. Düşərgədə aşağıdakı 6 ideyanın iştirakı münsiflər tərəfindən tövsiyə olunmuşdur. Bu da onlar:
Bakıda nəqliyyatla bağlı bir-birinə bənzər ideyaların sahiblərinin hamısı (Baku map və ya Azerbaijan map,
Google Earth, Nəqliyyat (transport), Bələdçi, Online Nəqliyyat)
İdeyaların ümumi təsviri: Bakıda yerləşən binaların və obyektlərin onlayn versiyasını hazırlamaq, nəqliyyatın işləmə sxemini və s. yerləşdirmək, istifadəçilərə bunlar barədə fikir paylaşımı imkanını yaratmaq
Eyni
ixtisaslı tələbələrin şəbəkəsi
Təsviri: Eyni ixtisasda, lakin müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında
bilik-informasiya mübadiləsinə şərait yaradacaq. Şəbəkədə yalnız tələbələr və magistrlər iştirak edəcəklər. Universitetlər üzrə nümayəndələr də ola bilər. Saytda müxtəlif universitetlər, onların fakültələri, fakültədaxili ixtisaslar,
ixtisasa müvafiq kurslarda təhsil alan tələbələrin (qeydiyyata düşənlərin) adları qeyd
olunacaq. Bu şəbəkə vasitəsi ilə hər hansı ixtisasda təhsil alan tələbə digər universitetdə eyni ixtisas ve kursda
təhsil alan tələbələr ilə elaqə saxlaya biləcək, müəyyən məlumatlar ala bilecek,
fayl (kitab və s.) göndərə və ala biləcək.
103 və ya Tibbi məsləhət
Təsviri: Sayt xəstəliklərdən əziyyət çəkənlər üçün nəzərdə tutulur. İstifadəçilər işlətdikləri dərman vasitələrinin nə dərəcədə xeyirli və ya zərərli olduğunu şərh edəcəklər. Bəziləri bildikləri xalq təbabətini qeyd edəcək.
Ətraf mühitimizi
qoruyaq
Təsviri: Bakının ətraf mühitin ən çirkin yerlərin araşdırılması və bu böyük sosial problemi həll etmək. İlk öncə Bakıda ən natəmiz sahələri internet vasitəsi ilə insanların köməyi ile bunları araşdırıb o ərazidəki insanlar, bələdiyyə və öz heyyətimizlə bərabər birlikdə bu problemi çözək və bu layihəni zəncirvari şəkildə qısa bir müddətdə bütün paytaxtımızı əhatə edək.
Boloniya
islahatlarının tamamlanması
Təsviri: Layihə Tələbələr üçündür. Azərbaycan təhsil sistemində olan qanunvericiliyə əsasən tələbənin öz müəllimini secmək hüququ var. Amma
qanunvericiliyin bu hissəsində boşluq var. Belə ki, tələbə sessiyanı bitirəndən sonra öz müəllimi haqqında heç bir
tövsiyə (recommendation) yazmır ki, özündən sonra gələn tələbələr bu tövsiyə (recommendation) əsasında öz müəllimlərini seçsinlər. Bu saytda hər tələbə öz müəllimləri haqqında tövsiyələri, həmçinin şərhləri, sessiya
dövründən müəllimlə bağlı qarşılaşdıqları hansısa faktları (həm müsbət, həmdə mənfi mənada) yaza
biləcəklər. Sistemdəki məlumatların əksəriyyəti hər bir istifadəçiyə açıq olacaq. Amma hər bir tövsiyə, şərh üçün
qeydiyyat tələb olunacaq. Qeydiyyatda universitet, oxuduğu fakültə, ixtisas və s. göstəriləcəkdir. Müəllimlər də buradan
istifadə edə biləçəklər. Saytda həmçinin tələbə hüqüqları, problemləri, elanlar və s. olacaqdır.
Gələcəyimizi qoruyaq
Təsviri: Bu gün köməyə ehtiyacı olan valideynləri tərəfindən tərk edilmiş və ya sadəcə olaraq valideynlərindən məhrum olmuş uşaqlar kifayət qədərdir və onlar uşaq evlərində və internat məktəblərində yerləşdirilir. Onlar arasında
əlillər də vardır və bizim hər birimizin borcu bu
uşaqlara kömək etməkdir, onları cəmiyyətimizə göstərməkdir. Sayt ana səhifə, təkliflər və şikayətlər, elanlar bölməsindən ibarət olacaq. Baş səhifədə əsasən iki hissə olacaq : uşaq evləri və internat məktəbləri. Baş səhifədə Bizimlə paylaş bölməsinə daxil olmaqla insanlar
şahidi olduqları hadisələr haqqında (uşaq alveri, uşaqların zorla diləndirilməsi,qaçırılması, itkin
düşmüş və ya valideynlərini hansısa bədbəxt hadisə nəticəsində itirmiş uşaqlar)
yazacaqlar. Təkliflər və şikayətlər bölməsində saytla və ya hansısa bir hadisə ilə bağlı fikir bildirə bilərlər. Elanlarda isə uşaqlar evinə ziyarət barədə elanlar yerləşdiriləcək.
|
|